ATƏT PA-dakı müzakirələrdən sonra dünya ictimaiyyəti bir daha əmin oldu ki, Qarabağ Azərbaycan torpağıdır. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində bildirib.
“Dünənə qədər Qarabağ torpağının ermənilərə məxsus olduğunu düşünən insanlar müzakirələrdən sonra bizə yaxınlaşıb deyirdilər ki, “biz Qarabağı ermənilərin torpağı bilirdik, amma indi bu fikirlərimiz alt-üst oldu, əsl həqiqəti bildik “, – Muradova əlavə edib.
Vitse-spiker ATƏT-in təhlükəsizlik və əməkdaşlıq məsələlərini özündə ehtiva edən təşkilat olduğunu xatırladıb və əlavə edib ki, ATƏT regionunda bu cür münaqişələrin mövcudluğu bütövlükdə bu təşkilatın fəaliyyətinə aid məsələdir… Trend.