Azərbaycan münaqişə edən tərəflər arasında etimad mühitinin yaranması üçün işğal olunmuş yeddi rayondan qoşunların çıxarılmasına təkid edir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Yalnız bundan sonra biz hərtərəfli sülh həllinin hazırlanmasına başlaya bilərik “, – Məmmədyarov deyib.
Nazirin sözlərinə görə, heç kim ərazi münaqişəsi kimi belə çətin problemin bir gecəyə həll olunacağını gözləmir, lakin “Praqa prosesi ” mövcuddur və o, mərhələli həll təklif edir.
Məmmədyarov deyib ki, əvvəllər Azərbaycanın bəyan etdiyi kimi, bu gün Dağlıq Qarabağa dair sülh sazişi və danışıqların razılaşdırılmamış məqamları üzərində işlərə başlamaq ona görə vacibdir ki, bu, işlərin düzgün istiqamətdə getdiyini nümayiş etdirər.
Onun sözlərinə görə, işğal olunmuş yeddi rayon boşaldılmalıdır, çünki Azərbaycan vətəndaşları orada yaşayarkən təhlükədə olacaqlar.
“Əgər erməni qoşunları həmin ərazilərdən çıxarılarsa, onda snayperlər heç kimə lazım olmayacaq və təhlükə aradan qalxacaq “, – nazir deyib… Trend.