Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Gido Vestervelle cümə günü erməni həmkarı Edvard Nalbandyanla görüşüb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Almaniya XİN-in rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Danışıqlar zamanı ikitərəfli və regional məsələlər, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub.
Vestervelle yenidən münaqişə tərəflərini kompromis əldə etməyə çağırıb. Onun sözlərinə görə, mövcud status-kvo münaqişənin eskalasiyası üçün xeyli təhlükə törədir və etimadın möhkəmləndirilməsi üzrə təcili olaraq növbəti tədbirlər qəbul etmək lazımdır. Hər iki nazir razılaşıb ki, ATƏT-in Minsk qrupu danışıqlarda mərkəzi rol oynayır və gələcəkdə proses Aİ tərəfindən daha çox dəstəklənə bilər… Trend.