İsveçrə “Dağlıq Qarabağın müstəqilliyini ” tanımır və Azərbaycanın ərazi bütövlüyünü heç vaxt şübhə altına qoymayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü İsveçrənin Xarici İşlər Nazirliyi bəyan edib.
“İsveçrənin Xarici İşlər Nazirliyi bu ölkədəki Azərbaycan səfirliyinə müraciət edib və bildirib ki, AŞ PA-da təşəbbüs göstərilən bəyanat İsveçrə dövlətinin və parlamentinin rəsmi mövqeyi deyil “, – Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev cümə günü Trend-ə deyib.
Ermənistan KİV-in əvvəl verdiyi məlumata görə, Avropa Şurası Parlament Assambleyasında bu günlərdə aralarında guya isveçrəli deputatın da olduğu 32 deputat Dağlıq Qarabağın separatçı rejiminin “müstəqilliyinin 20 illiyi “nə həsr olunmuş bəyanata imza atıblar… Trend.