Ermənistanın pozucu mövqeyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin bütün səylərini heçə endirir və alternativ vasitəçilər institutunun yaradılması zərurilıiyini diqtə edir. Trend-in məlumatına görə, Siyasi Texnologiyalar və İnnovasiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu belə hesab edir.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun fəaliyyətinin zəifləməsi rəsmi Yerevanın pozuculuq mövqeyinin və onda bu problemin həlli konsepsiyasının olmamasının nəticəsidir “, – çərşənbə günü Əhmədoğlu mətbuat konfransında deyib.
Politoloq hesab edir ki, çünki Avropa İttifaqı danışıqlar prosesində vasitəçilik təşəbbüsü ilə çıxış edə bilmir və belə imkan regionun iki ölkəsində -İranda və Gürcüstanda var… Trend.