Beynəlxalq Qızıl Xaç Komitəsi azərbaycanlı əsgərin Dağlıq Qarabağda əsir düşməsi faktını təsdiqləyib.
Beynəlxalq Qızıl Xaç Komitəsinın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhramanova çərşənbə günü Trend-ə bildirib ki, BQXK-nin Xankəndi ofisinə Dağlıq Qarabağın “de-fakto ” hakimiyyət orqanlarından bir azərbaycanlı əsgərin əsir düşməsi barədə məlumat daxil olub.
Mümkün olan kimi BQXK-nin əməkdaşları əsirə baş çəkəcək.
Qeyd edək ki, Ermənistan KİV Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Yuxarı Çaylı kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin çavuşunun əsir götürülməsi barədə məlumat yayıb… Trend.