Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 30-da saat 10:50-dən 11:00-dək, 11:10-dan 11:30-dək və 23:40-dan 23:50-dək Ağdam rayonunun Şuraabad, Baş Qərvənd və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən, yanvarın 31-də saat 00:20-dən 00:25-dək və 06:35-dən 06:40-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 04:00-dan 04:20-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend