ABŞ konqresinin Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, konqresmenlər Bill Şuster və Den Boren Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat veriblər. Bu barədə Trend-ə Amerika-Azərbaycan Şurasının (AAŞ) baş direktoru Cavid Hüseynov bildirib.
Konqresmenlərin bəyanatında Xocalıda baş verən hadisələrlə bağlı geniş məlumat verilir, dünya KİV-lərində bu məsələ ilə bağlı yayılan məlumatlar həmkarlarının nəzərinə çatdırılır.
Bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi və status-kvonun yolverilməzliyi vurğulanır.
Bəyanatda həmçinin bildirilir ki, Azərbaycan ABŞ-ın vacib strateji tərəfdarıdır… Trend.