Sloveniyanın Nova Qoritsa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
Azərbaycanın Sloveniyadakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Sloveniyadakə müvəqqəti işlər vəkili Emil Həsənov çıxış edib, tədbir iştirakçılarına Xocalıda baş vermiş faciəli hadisələr haqqında geniş məlumat verib.
Gələcəkdə oxşar cinayətlərin təkrar olunmasının qarşısının alınması məqsədilə bu soyqırımın ədalətli hüquqi qiymətləndirilməsinin vacibliyi qeyd edilib. Bu faciə barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət ” kampaniyası haqqında tədbir iştirakçılarına məlumat verilib… Trend.