Xocalı soyqırımına bu gün dünya ictimaiyyəti lazımi qiyməti verməsə, sabah belə soyqırım başqa bir xalqın azadlığına, rifahına qarşı çevriləcək. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Xocalı faciəsinin 20 illiyi ilə bağlı İdarədə keçirilən konfransda bildirib.
“Bu faciə Azərbaycan xalqının müstəqilliyini istəməyən qəsbkar qonşumuzun və onun arxasında dayanan qüvvələrin əməli olub “, – o deyib.
Şeyxülislam bildirib ki, Azərbaycan torpaqları yolunda canlarını qurban verənlər heç vaxt unudulmayacaqlar… Trend.