Sabah Türkiyənin bütün iri şəhərlərinin məscidlərində cümə xütbəsi zamanı Xocalı qurbanlarının ruhuna dualar oxunacaq
– Xocalı soyqırımının 20-ci ilində dünyanın bir çox ölkələrində tədbirlər keçirilir, lakin Türkiyədə keçirilən tədbirlər xüsusi ilə fəallığına görə fərqlənir. Bunun səbəbi nədir?
– Türkiyə bizə dost və qardaş ölkədir. Həm dostlarımız, həm də düşmənlərimiz mövzusunda fikirlərimiz üst-üstə düşür. Türkiyə və Azərbaycan tarixi sınaqlardan çıxmış ölkələrdir. Çanaqqala savaşında azərbaycanlıların Türkiyənin yanında olaraq şəhid olduğu kimi, 1918-ci ildə Nuru Paşanın rəhbərliyində Osmanlı türklərinin də Azərbaycanın müstəqilliyi və Bakının işğalçılardan azad edilməsində xidmətlərini rəhmətlə anmaqdayıq… Apa.