Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında status-kvo davam edə bilməz. Trend-in “Armeni Today “-ə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü regional səfər çərçivəsində Ermənistana gələn Almaniyanın xarici işlər naziri Qido Vestervelle Yerevanda keçirilən mətbuat konfransında bildirib.
Vestervellenin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması regionun bütün ölkələrinə fayda verəcək. O, ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmanın kompromisli variantının tapılmasının vacibliyini qeyd edib… Trend.