AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov AVRONEST PA-nın Bakıda keçirilən ikinci sessiyasının yekunları ilə bağlı açıqlama yayıb. APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, Azərbaycan tərəfi bütün qonaqların təhlükəsizliyi və rifahının qeydinə qalaraq Ermənistan nümayəndə heyətinin əmin-amanlığına xüsusi diqqət yetirib və bütün qonaqlara bərabər davranan ev sahibi olmağa çalışıb: “AVRONEST komitələrindən birinin bu yaz Ermənistanda keçirilmiş iclası zamanı ev sahibləri beynəlxalq hüquq və BMT qətnamələrinə tamamilə zidd olan çıxışlar etdilər, xəritələr və şəkillər nümayiş etdirdilər, lakin buna baxmayaraq, biz AVRONEST-in fəaliyyətini təhlükəyə atmadıq. Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın bir hissəsi kimi təqdim edildiyi xəritənin olduğu otaqlarda keçirilmiş iclaslar zamanı biz əməkdaşlıq və irəliləmək üçün yol tapmağı birinci dərəcəli vəzifə hesab etdik. Bu səbəbdən biz təəccüblənirik və təəssüf edirik ki, erməni həmkarlarımız bizim səylərimizə aprelin 3-də anti-Azərbaycan təbliğatı aparmaqla cavab verdilər. Biz problemlərimizi qonaqlarımıza ifadə etmək və sərbəst çıxış hüquqlarımıza edilən bu hücuma təəccüblənirik və təəssüf edirik ki, bütün səylərimizə baxmayaraq, bu mübahisə Bakıdakı iclasa xələl gətirdi…AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov AVRONEST PA-nın Bakıda keçirilən ikinci sessiyasının yekunları ilə bağlı açıqlama yayıb. APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, Azərbaycan tərəfi bütün qonaqların təhlükəsizliyi və rifahının qeydinə qalaraq Ermənistan nümayəndə heyətinin əmin-amanlığına xüsusi diqqət yetirib və bütün qonaqlara bərabər davranan ev sahibi olmağa çalışıb: “AVRONEST komitələrindən birinin bu yaz Ermənistanda keçirilmiş iclası zamanı ev sahibləri beynəlxalq hüquq və BMT qətnamələrinə tamamilə zidd olan çıxışlar etdilər, xəritələr və şəkillər nümayiş etdirdilər, lakin buna baxmayaraq, biz AVRONEST-in fəaliyyətini təhlükəyə atmadıq. Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın bir hissəsi kimi təqdim edildiyi xəritənin olduğu otaqlarda keçirilmiş iclaslar zamanı biz əməkdaşlıq və irəliləmək üçün yol tapmağı birinci dərəcəli vəzifə hesab etdik. Bu səbəbdən biz təəccüblənirik və təəssüf edirik ki, erməni həmkarlarımız bizim səylərimizə aprelin 3-də anti-Azərbaycan təbliğatı aparmaqla cavab verdilər. Biz problemlərimizi qonaqlarımıza ifadə etmək və sərbəst çıxış hüquqlarımıza edilən bu hücuma təəccüblənirik və təəssüf edirik ki, bütün səylərimizə baxmayaraq, bu mübahisə Bakıdakı iclasa xələl gətirdi. Buna görə də biz həmkarlarımızı bu kədərli epizodun indiyə qədər gördüyümüz bütün işimizi təhlükəyə atmasına icazə verməməyə çağırırıq. 2-ci plenar sessiyada göründüyü kimi, Azərbaycan dinc və hamı ilə əməkdaşlığa açıq ölkədir. AVRONEST-dəki bütün tərəfdaşlar və dostlar üçün olduğu kimi, bizim beynəlxalq hüquq və Avropa dəyərlərinə riayət etmək hüququmuz da qorunmalıdır”