Valentina Matviyenko: “Dağlıq Qarabağ münaqişəsinin həll yolunun qısa müddətdə tapmaq mümkün deyil”

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll yolunun tapılması üçün bütün lazımi səyləri göstərir. Prezident Dmitri Medvedyevin təşəbbüsü ilə artıq Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bir neçə üçtərəfli görüşü keçirilib və bütün tərəfləri qane edəcək həll yolunun tapılmasına formatları müzakirə olunub”.
APA-nın məlumatına görə, bu fikirləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədovla görüşdən sonra keçirilən brifinqdə söyləyib.
O bildirib ki, bu problemin həll yolunu qısa zamanda tapmaq mümkün deyil: “Çünki Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir. Lakin biz bu məsələdə BMT qətnamələri çərçivəsində hərəkət edir, beynəlxalq hüquq normalarını əsas tuturuq. Prezidentlərin son Soçi görüşü çox səmərəli keçib. Üçtərəfli bəyanat imzalanıb, fikrimcə, bu bəyanat həll formatının axtarışını sürətləndirəcək”…“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll yolunun tapılması üçün bütün lazımi səyləri göstərir. Prezident Dmitri Medvedyevin təşəbbüsü ilə artıq Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bir neçə üçtərəfli görüşü keçirilib və bütün tərəfləri qane edəcək həll yolunun tapılmasına formatları müzakirə olunub”.
APA-nın məlumatına görə, bu fikirləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədovla görüşdən sonra keçirilən brifinqdə söyləyib.
O bildirib ki, bu problemin həll yolunu qısa zamanda tapmaq mümkün deyil: “Çünki Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir. Lakin biz bu məsələdə BMT qətnamələri çərçivəsində hərəkət edir, beynəlxalq hüquq normalarını əsas tuturuq. Prezidentlərin son Soçi görüşü çox səmərəli keçib. Üçtərəfli bəyanat imzalanıb, fikrimcə, bu bəyanat həll formatının axtarışını sürətləndirəcək”.
Valentina Matviyenko bildirib ki, parlamentin bu işdə rolu başqa istiqamətdir: “Bu, parlament diplomatiyasıdır. Düşünürəm ki, biz diqqətimizi ziyalılarımızın, mədəniyyət xadimlərimizin üçtərəfli görüşü üzərində cəmləşdirməliyik. Etimad mühiti formalaşmadan bu problemin həll yolunu tapmaq çətindir. Mənə elə gəlir ki bu məsələdə parlamentlərin rolu bundan ibarət olmalıdır. Biz mədəniyyət, elm xadimlərinə dəstək verməli, etimad mühiti formalaşdırmağa çalışmalıyıq”.
Federasiya Şurasının sədri bildirib ki, ATƏT-in Minsk Qrupunun potensialı tükənməyib: “Rusiya bütün tərəfləri qane edəcək qərarların axtarılıb tapılmasında bir vasitəçi kimi aktiv mövqe tutub və tutmaqda davam edəcək. Hər iki tərəf xoş məram nümayiş etdirməli və sülh yolu ilə həll variantları tapmalıdır. Biz bu məsələdə beynəlxalq hüquqa, BMT qətnamələrinə, dövlətlərin ərazi bütövlüyü və güc tətbiq etməmək prinsiplərinə əsaslanırıq. Düşünürəm ki, bu prinsipdən çıxış etsək, istənilən halda həll yolu tapacağıq, çünki bu məsələ təkcə iki ölkə qarşısında deyil, bütün regionun qarşısında sərt şəkildə durur”.

Apa.