Ermənistan rəhbərliyi ölkə parlamentinin vasitəsi ilə Cənubi Qafqazda gərginliyi təhlükəli həddə gətirə biləcək avantüraya əl atmağa çalışır. Formal olaraq, guya buna səbəb Macarıstandan ekstradisiya edilən Azərbaycan zabiti Ramil Səfərovun Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilməsidir. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov bildirib… Trend.