Dağlıq Qarabağ münaqişəsi tərəfləri və ATƏT MQ ölkələrinin XİN rəhbərləri birgə bəyanat veriblər

Kiyevdə ATƏT Nazirlər Şurasının iclasının keçirilməsi ilə əlaqədar ATƏT MQ-nin həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Tyerri Repentin, eləcə də ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli yolla həllinə yönəlmiş işi artıq əldə olunmuş əsaslar üzərində birgə davam etdirmək barədə razılığa gəliblər…

Kiyevdə ATƏT Nazirlər Şurasının iclasının keçirilməsi ilə əlaqədar ATƏT MQ-nin həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Tyerri Repentin, eləcə də ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli yolla həllinə yönəlmiş işi artıq əldə olunmuş əsaslar üzərində birgə davam etdirmək barədə razılığa gəliblər. Trend xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat verilir.

 

Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentləri arasında yüksək səviyyədə dialoqun yenidən bərpa olunması alqışlanır və qarşıdakı görüşlərdə sülh prosesində irəliləyişə nail olunacağına ümid edilir. Onlar tərəfləri regionda gərginliyi azalda biləcək addımları nəzərdən keçirməyə çağırıblar.

 

Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Minsk qrupu həmsədrlərinin himayədarlığı ilə gələcək yüksəksəviyyəli danışıqlara hazırlıq üçün 2014-cü ilin əvvəlində görüşmək barədə razılığa gəliblər.

 

Nazirlər qeyd ediblər ki, region əhalisi həddindən artıq uzanan münaqişənin nizamlanmasını gözləyir və buna layiqdir. Nazirlər həmsədr ölkələrin vasitəçilik rollarını yüksək qiymətləndiriblər. /Trend/