Ceyms Uorlik: Ermənistan-Türkiyə münasibətlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç bir aidiyyəti yoxdur

Ermənistan-Türkiyə münasibətlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç bir aidiyyəti yoxdur…

 

Ermənistan-Türkiyə münasibətlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç bir aidiyyəti yoxdur. Trend-in “Novosti Armeniya “nın saytına istinadən verdiyi məlumata görə, bu barədə Xankəndidə keçirilən brifinqdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bəyan edib. Brifinq həmsədrlərin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri çərçivəsində keçirilib.

 

Uorlikin sözlərinə görə, əgər Türkiyə hansısa rol oynamaq istəyirsə, onda regionda sabitliyin, sülhün və çiçəklənmənin bərqərar olması məqsədini güdərək hamı üçün pozitiv olmalıdır.

 

Bundan əvvəl həmsədrlər Bakıya və Yerevana səfər ediblər. /Trend/