Bakı Metropoliteni korporativ mobil rabitə ilə təmin olunacaq

Bakı Metropoliteni DECT (Digital Enhanced Cordless Telecommunication) mobil rabitə standartının korporativ sistemi ilə təmin ediləcək. Bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib. İlkin mərhələdə DECT-nin baza stansiyaları “28 May ” stansiyasında quraşdırılacaq, gələcəkdə isə digər stansiyalarda tətbiq ediləcək…

Bakı Metropoliteni DECT (Digital Enhanced Cordless Telecommunication) mobil rabitə standartının korporativ sistemi ilə təmin ediləcək. Bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib. İlkin mərhələdə DECT-nin baza stansiyaları “28 May ” stansiyasında quraşdırılacaq, gələcəkdə isə digər stansiyalarda tətbiq ediləcək. Avadanlığın tədarükçüsü qismində “Panasonic ” şirkəti çıxış edir.

 

DECT rabitə standartı daimi iş yerində mütəmadi və ya xeyli vaxt olmayan əməkdaşları müəssisələrin ərazisi hüdudlarında mobil rabitə ilə təmin etmək üçün nəzərdə tutulub.

DECT simsiz rabitə 1880-dən 1900 MHz-dək iş diapazonuna malikdir. DECT-nin baza stansiyasının fəaliyyət radiusu bina daxilində 50, açıq məkanda isə 200 metrə çatır.

DECT funksionallığı və asan istismar olunduğuna görə korporativ telekommunikasiya şəbəkələrində geniş istifadə edilir. /Trend/