Prezident İlham Əliyev: “Ermənistan vəziyyəti real qiymətləndirərsə, tezliklə münaqişənin həllinə nail ola bilərik”

Dövlət başçısı Ermənistan tərəfinin danışıqlar prosesində səmimi olduğuna hələ də şübhə etdiklərini söyləyib…

Dövlət başçısı Ermənistan tərəfinin danışıqlar prosesində səmimi olduğuna hələ də şübhə etdiklərini söyləyib

 

Bakı. Viktoriya Dementyeva – APA. “Mənim Ermənistan prezidenti ilə son görüşüm əvvəlki ilə müqayisədə nikbinliyə daha çox əsas verən bir görüş oldu. Ermənistanın danışıqlar aparmaq istəməməsi ilə əlaqədar prosesdə uzun durğunluq dövrü yaranmışdı”. APA-nın xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussenlə Brüsseldə keçirdiyi görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev deyib. Mətbuat konfransında çıxış edən İ. Əliyev bildirib ki, Azərbaycan Ermənistan tərəfinin danışıqlar prosesində səmimi olduğuna hələ də şübhə yanaşır və qarşı tərəfin mövcud status-kvonu saxlamaq niyyətində ola biləcəyini düşünür.

 

Azərbaycan prezidenti xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin dövlət başçıları öz bəyanatlarında mövcud status-kvonun saxlanmasının yolverilməz olduğunu dəfələrlə vurğulayıblar: “Biz düşünürük ki, bu, Ermənistana ciddi mesajdır. Onlar status-kvonu dəyişmək istəyirlərsə, bizim ərazilərimizin işğalına son qoymaq vacibdir”.

 

İ. Əliyev bu ay iki ölkə xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyini və bu görüşün Ermənistanın həll prosesində nə dərəcədə səmimi olduğunu göstərəcəyini söyləyib: “Ermənistanda vəziyyəti real qiymətləndirən baxış üstünlük təşkil edərsə, biz tezliklə münaqişənin həllinə nail ola bilərik”.

/Apa/