Ötən il Azərbaycanda mina partlayışı nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb

Ötən il Azərbaycanda mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı baş vermiş 10 hadisədə 13 nəfər zərər çəkib…

 

Ötən il Azərbaycanda mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı baş vermiş 10 hadisədə 13 nəfər zərər çəkib.

 

Bu barədə APA-ya Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.

 

İctimai Birlik tərəfindən aparılan təhqiqatlar, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlara görə nəticədə 4 mülki şəxs həlak olub. Dördü mülki şəxs olmaqla, doqquz nəfər yaralanıb.

 

2013-cü ildə mina və partlamamış hərbi sursatlarla bağlı hadisələr Qazax, Tərtər, Tovuz, Abşeron rayonlarının və Bakı şəhərinin ərazisində baş verib.

 

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi 2003-cü ildən başlayaraq respublika ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradılması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində fəaliyyət göstərir.

/Apa/