Aİ Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən təəssüflənir

“Biz təəssüf hissi ilə cəbhə xəttindəki vəziyyəti izləyirik “. Trend-in məlumatına görə, bunu jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, Aİ bu məsələni daim diqqət mərkəzində saxlayır…

“Biz təəssüf hissi ilə cəbhə xəttindəki vəziyyəti izləyirik “. Trend-in məlumatına görə, bunu jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, Aİ bu məsələni daim diqqət mərkəzində saxlayır.

M.Mard qeyd edib ki, bu yaxınlarda Filipp Lefortun Azərbaycana səfəri zamanı keçirilən görüşlərdə Aİ-nin bu münaqişənin sülh yolu ilə həllinə köməyi məsələsi müzakirə olunub: “Bizim bu məsələnin həllində birinci köməkliyimiz Minsk qrupu vasitəsilə həyata keçirilməlidir. Aİ həmsədrlərin və eyni zamanda, tərəflərin təkliflərini dinləməyə hazırdır “.

Qeyd edək ki, son günlər cəbhədə vəziyyət gərgin olaraq qalır. Artıq erməni snayperlərin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun iki zabiti şəhid olub. Azərbaycan Milli Ordusu ermənilərin bir hərbi maşınını zərərsizləşdirib.

Azərbaycan Silahlı Qüvvələri son günlər bir neçə dəfə erməni diversiya qrupunun qarşısını alıb.

Son olaraq yanvarın 28-də Ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Azərbaycan əsgərləri tərəfindən ələ keçirilib. Müdafiə Nazirliyi bildirir ki, Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

/Trend/