Azərbaycanın xarici işlər naziri Almaniyaya gedib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb…

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb.

 

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Münhen təhlükəsizlik konfransında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Münhen təhlükəsizlik konfransı 31 yanvar-2 fevral tarixlərində keçiriləcək.

/Apa/