Baş nazirin müavini Ukraynada baş verənlərlə bağlı Azərbaycanın mövqeyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov Ukraynada baş verən proseslərə münasibət bildirib…

Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov Ukraynada baş verən proseslərə münasibət bildirib.

 

APA-nın verdiyi məlumata görə, Ə. Əhmədov Ukraynanın Azərbaycanın çoxsaylı dostlarından biri olduğunu söyləyib.

 

Baş nazirin müavini deyib ki, tezliklə Ukraynada əmin-amanlıq və sabitliyin bərpa olunmasını istəyir: “Əlbəttə, bu, Ukraynanın daxili işidir, Ukrayna xalqı özü üçün inkişaf yolunu seçmək hüququna malikdir. Biz bu hüquqa da hörmətlə yanaşırıq. Bizim dost olaraq gözləntimiz ondan ibarətdir ki, bütün narahatlıqlar, qeyri-sabitlik aradan qalxsın, Ukraynada sabitlik bərpa olunsun”.

 

/Apa/