Fevralın 13-14-də Vyanada ATƏT Parlament Assambleyasının növbəti qış sessiyası keçiriləcək…
Fevralın 13-14-də Vyanada ATƏT Parlament Assambleyasının növbəti qış sessiyası keçiriləcək.
APA-nın ATƏT PA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sessiyanın əsas mövzusu “Ekstremizm, radikalizm və ksenofobiyanın yüksəlişi: ATƏT bölgəsi üçün təhdidlər” adlanır.
Toplantını ATƏT PA-nın prezidenti Ranko Krivokapiç və Avstriya parlamentinin sədri Barbara Prammer açacaq. Sessiya zamanı siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin və Daimi Komitənin iclasları keçiriləcək.
Parlamentarlar ATƏT PA-nın üç komitəsinin fəaliyyətinə dair hesabatları dinləyəcək, iyunun 28-dən iyulun 2-nə qədər Bakıda keçiriləcək sessiya üçün hazırlanan məruzələrin layihələrini müzakirə edəcəklər.
/Apa/