Fransa şirkəti Azərbaycanın növbəti peykinin buraxılması üzrə təkliflər hazırlayır

Fransanın “Arianspace ” şirkəti Azərbaycanın növbəti peykinin buraxılması üzrə təkliflər hazırlayır. Trend-in məlumatına görə, bunu jurnalistlərə “Arianspace “in sədri və icraçı direktoru Stefan İzrael deyib…

Fransanın “Arianspace ” şirkəti Azərbaycanın növbəti peykinin buraxılması üzrə təkliflər hazırlayır. Trend-in məlumatına görə, bunu jurnalistlərə “Arianspace “in sədri və icraçı direktoru Stefan İzrael deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Yerin zondlaşdırılması peyki üzrə tender elan ediləcək. Şirkətin təkliflər zərfinə peykin buraxılması, maliyyələşdirməyə və risklərə zəmanətləin verilməsinə yardım üzrə xidmətlər daxildir.

S.İzrael bildirib: “Biz ötən il Azərbaycanla başlayan əməkdaşlığı davam etdirmək niyyətindəyik “.

Qeyd edək ki, “Arianspace ” peyklərin buraxılması üzrə dünyada ilk kommersiya şirkəti qismində 1980-ci ildə yaradılıb.

Azərbaycanın “Azerspace-2 ” telekommunikasiya peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.

/Trend/