Fevralın 3-4-də Brüsseldə Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində ədliyyə, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt-komitənin dördüncü iclasının keçirilməsi nəzərdə tutulub…
Fevralın 3-4-də Brüsseldə Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində ədliyyə, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt-komitənin dördüncü iclasının keçirilməsi nəzərdə tutulub.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclas zamanı alt-komitənin 19-20 noyabr 2012-ci il tarixində Bakıda keçirilmiş son iclasından ötən dövr ərzində görülmüş işlər və əldə edilmiş tərəqqi, eləcə də əməkdaşlığın gələcək perspektivləri müzakirə olunacaq.
İclasda ölkəmizi təmsil edəcək nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər nazirlik və dövlət qurumlarının məsul əməkdaşları daxildir.
Səfər çərçivəsində 5 dekabr 2013-cü il tarixində imzalanmış Yerdəyişmə üzrə tərəfdaşlığa dair Birgə bəyannamənin icrasına dair danışıqların aparılması da nəzərdə tutulub.
/Trend/