Yol polisi Azərbaycanın magistral yollarındakı son vəziyyəti açıqladı

Azərbaycanda bütün magistral avtomobil yolları açıqdır və nəqliyyatın hərəkətində heç bir məhdudiyyət yoxdur. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib…

Azərbaycanda bütün magistral avtomobil yolları açıqdır və nəqliyyatın hərəkətində heç bir məhdudiyyət yoxdur. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

 

K.Əliyev deyib ki, fevralın 1-dən 3-dək Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraiti zamanı 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 13 nəfər xəsarət alıb. Sevindirici haldır ki, bu hadisələr zamanı ölən olmayıb.

 

Qeyd edək ki, qar və çovğunun müşahidə olunduğu yanvarın 30-dan fevralın 1-dək olan dövrdə respublikanın avtomobil yollarında 23 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar zamanı 8 nəfər ölüb, 27 nəfər isə yaralanıb.

 

Xatırladaq ki, yanvarın 30-u axşamdan başlayaraq Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür.

/Trend/