Fevralın 7-dək Bakıda anomal şaxtalı hava şəraiti davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib…
Fevralın 7-dək Bakıda anomal şaxtalı hava şəraiti davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-dək havanın minimal temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz saatlarında isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Bu müddətdə əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Şaxtalı hava şəraiti isə davam edəcək. Fevralın 7-dək bəzi ərazilərdə gün ərzində qısamüddətli zəif qar yağması istisna olunmur.
Fevralın birinci ongünlüyündə, xüsusən də birinci ongünlüyün birinci yarısında anomal şaxtalı hava şəraiti Azərbaycan ərazisində davam edəcək.
Həmin müddətdə artıq ötən günlərdə müşahidə edilən kəskin şaxtaların, covğunun olacağı gözlənilmir.
/Trend/