Niderland Krallığının xarici işlər naziri sabah Azərbaycana rəsmi səfərə gəlir

Niderland Krallığının xarici işlər naziri Frans Timmermans fevralın 4-də Azərbaycana rəsmi səfər edəcək…

Niderland Krallığının xarici işlər naziri Frans Timmermans fevralın 4-də Azərbaycana rəsmi səfər edəcək.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Frans Timmermansın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

 

E. Məmmədyarovla görüşdən sonra mətbuat konfransı keçiriləcək.

/Apa/