Böyük Britaniya Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq readmissiya haqqında sazişə qoşulmayacaq

Böyük Britaniya hökuməti Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq readmissiya haqqında sazişə qoşulmaq fikrində deyil…

Böyük Britaniya hökuməti Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq readmissiya haqqında sazişə qoşulmaq fikrində deyil. APA-nın xəbərinə görə, bu barədə Britaniyanın miqrasiya işləri üzrə naziri Mark Harper açıqlama verib. O bildirib ki, Azərbaycandan Böyük Britaniyaya qeyri-leqal miqrasiya çox azdır, ona görə də onların geri qaytarılması problemi ortaya çıxmır: “Ola bilər ki, gələcəkdə vəziyyət dəyişsə, Birləşmiş Krallıq bu sazişə qoşulsun”.

 

Xatırladaq ki, ötən ilin sonlarında Azərbaycan və AB arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Bu il isə readmissiya haqqında sazişin imzalanması planlaşdırılır. Bu sənəd AB ölkələrindəki azərbaycanlı qeyri-leqal miqrantların ölkəyə qaytarılmasını tənzimləyəcək.

 

Apa.az