Seyidov döyüş yoldaşlarını xilas edərkən yaralanıb və şəhid olub…
Seyidov döyüş yoldaşlarını xilas edərkən yaralanıb və şəhid olub.
6 fevral Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Mirəsgər Mirabdulla oğlu Seyidov 1970-ci il fevralın 6-da Naxçıvanın Babək rayonunun Qaraxanbəyli kəndində anadan olub.
O, 1990-cı ildən yerli özünümüdafiə batalyonunun tərkibində Naxçıvanın cəbhə boyu kəndlərinin müdafiəsində şücaətlə vuruşub, cəsurluğu ilə ad qazanıb, 1992-ci il iyunun 14-də Yuxarı Buzqov kəndi yaxınlığında döyüşdə son gülləsinə qədər vuruşub, döyüş yoldaşlarını xilas edərkən yaralanıb və şəhid olub.
1992-ci il dekabrın 18-də Milli Qəhrəman adına layiq görülüb.
Naxçıvan şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Oxuduğu 15 saylı Naxçıvan şəhər orta məktəbi onun adını daşıyır.
/oxu.az/