Ölkədə yürüdülən fiskal siyasət Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi sahəsində effektiv alət ola bilər…
Ölkədə yürüdülən fiskal siyasət Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi sahəsində effektiv alət ola bilər. Trend-in məlumatına görə, bu barədə BMT-nin Azərbaycandakı rezidenti Antonius Bruk Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər ” mövzusunda keçirilən III Vergi Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın qarşısına qoyduğu əsas hədəflərdən biri ölkə iqtisadiyyatının şaxələndirilməsidir ki, bu da kiçik və orta sahibkarlığın inkişafı sayəsində təmin oluna bilər və bunda mühüm rol məhz vergi sisteminə ayrılır: “Ölkədə vergi sisteminin elektronlaşdırılması onun inkişafına da öz töhfəsini verib və növbəti vergi forumunun keçirilməsi onun gələcəkdə uğurlu inkişafına kömək edir “.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard forumda bildirib ki, Azərbaycan və Aİ Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq edirlər və onun əsas istiqamətlərindən biri vergi sahəsidir. Tərəflər tvininq layihələr çərçivəsində də əməkdaşlıq edirlər. Gələcəkdə Azərbaycanın vergi sistemində müasir texnologiyaların və mexanizmlərin tətbiqi onun perspektivli inkişafına kömək edəcək.
III Vergi Forumu fevralın 6-da öz işinə başlayıb.
Trend.az