Ziyad Səmədzadə: «Azərbaycanda sənaye sektorunun inkişafı dövlət dəstəyi tələb edir»

Azərbaycanda vergi yükünün ÜDM-də xüsusi çəkisi təxminən 20-22% təşkil edir ki, bu da bir sıra ölkələrlə müqayisədə aşağı göstəricidir…

Azərbaycanda vergi yükünün ÜDM-də xüsusi çəkisi təxminən 20-22% təşkil edir ki, bu da bir sıra ölkələrlə müqayisədə aşağı göstəricidir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Bakıda keçirilən «Azərbaycanın vergi sistemi: Reallıqlar və perspektivlər» adlı III Vergi Forumunda çıxış edən parlamentin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bəyan edib.

 

Z.Səmədzadənin sözlərinə görə, bəzi dövlətlərdə bu göstərici 40-50%-ə çatır. Eyni zamanda, Azərbaycanda aktiv vergi siyasətinin aparılması, kənd təsərrüfatının müəyyən hissəsinin vergilərə cəlb edilməsi, sənaye sektorunun inkişafı, vergi güzəşt siyasətinin daha səmərəli olması kimi atılan addımlar nəticəsində müşahidə olunan bu, 20-22%-lik səviyyə artmalıdır.

 

Z.Səmədzadə xatırladıb ki, ölkədə sənaye sektorunun inkişafının stimullaşdırılması, qeyri-neft sektorunun inkişafı, fərdi sənaye sektorunun inkişafı dövlət dəstəyi, o cümlədən, güzəşt siyasətinin aparılmasını tələb edir. Eyni zamanda, verginin dövlət büdcəsinin formalaşmasında olan rolunu nəzərə alaraq bu proseslər tarazlı və səmərəli şəkildə aparılmalıdır.

 

Apa.az