Bu ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 403 445 ton Azərbaycan nefti nəql olunub…
Bu ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 403 445 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% azdır.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il fevral ayının 1-ə qədər BTC-yə 237 545 038 ton neft vurulub.
Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə 250 462 ton Türkmənistan və 238 399 ton Qazaxıstan nefti nəql olunub.
Apa.az