Bank indiyə qədər ölkənin iqtisadi inkişafına 1,2 milyard dollar sərmayə yatırıb…
Bank indiyə qədər ölkənin iqtisadi inkişafına 1,2 milyard dollar sərmayə yatırıb.
İslam İnkişaf Bankının (İİB) direktorlar şurası Ucar-Zərdab-Ağcabədi yolunun rekonstruksiyasına 224,4 milyon dollar pul ayırıb.
Oxu.Az Day.az-a istinadən bildirir ki, bu haqda məlumat bank tərəfindən verilib.
Bu layihənin maliyyələşdirilməsi İİB-in Azərbaycan dövləti ilə 2011-2013-cü illər üçün əməkdaşlıq proqramı çərçivəsində nəzərdə tutulub.
2011-ci ildə İİB Zərdab-Ucar-Ağcabədi avtomobil yolunun rekonstruksiya layihəsi üçün 294 min dollar məbləğində texniki yardım məqsədi ilə qrant ayırıb.
Azərbaycan 1992-ci ildən İİB-in üzvüdür.
İslam İnkişaf Bankının qrupu Azərbaycanda, iqtisadiyyatın müxtəlif sahələrində layihələrin həyata keçirilməsi istiqamətində 1,2 milyard dollardan çox sərmayə yatırıb.
/oxu.az/