Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən yanvar ayı ərzində 1 942 923 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə APA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib…
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən yanvar ayı ərzində 1 942 923 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə APA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatlar nəticəsində 409 PHS, 13 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Yanvar ayında Azərbaycanda 1 mina/PHS hadisəsi qeydə alınıb.
Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.
İndiyədək ANAMA tərəfindən 248 496 902 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 688 633 ədəd olub.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Gəncə, Qəbələ, Xocavənd, Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
Apa.az