Azərbaycan-İran sərhədində yerləşən Culfa sərhəd-keçid məntəqəsində yeni körpü istifadəyə verilib…
Azərbaycan-İran sərhədində yerləşən Culfa sərhəd-keçid məntəqəsində yeni körpü istifadəyə verilib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
M.Pakayin bildirib ki, yeni körpüdən 30 tondan artıq olan yük daşıyan avtomobillərin keçidinə icazə veriləcək.
Səfir deyib ki, İran və Azərbaycan üç gün davam edən müzakirələrdən sonra Culfada sərhəd-keçid məntəqəsindəki yeni körpünün istifadəyə verilməsi haqqında razılığa gəliblər.
Onun sözlərinə görə, yeni körpü bu gün səhər saatlarından istifadəyə verilib. Hazırda avtomobillər həmin körpüdən istifadə edirlər, köhnə körpü isə piyadaların keçidi üçün açıqdır.
M.Pakayin qeyd edib ki, bu körpünün istifadəyə verilməsi iki ölkənin qarşılıqlı münasibətlərin güclənməsi üçün iradəsini göstərir.
O, bununla İran və Azərbaycan arasında ticarət əlaqələrinin daha da genişlənəcəyinə ümid etdiyini deyib.
Trend.az