Azərbaycan Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə İcbari Sığorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğləri müəyyən edilib…
Azərbaycan Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə İcbari Sığorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğləri müəyyən edilib.
“APA-Economics”in xəbərinə görə, qərara əsasən, İcbari Sığorta Bürosunun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu iştirak haqqının məbləği 200 min manat səviyyəsində müəyyən edilib.
İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği müvafiq icbari sığorta növləri üzrə aşağıdakı kimi müəyyən edilib:
– Daşınmaz əmlakın icbari sığortası üzrə 100 min manat;
– Daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat;
– Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat;
– Sərnişinlərin icbari sığortası üzrə 200 min manat;
– İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 100 min manat.
Apa.az