Rusiyada erməni qadını öldürən azərbaycanlılara ciddi cəza tədbiri

Müttəhimlərin hər ikisi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək…

Müttəhimlərin hər ikisi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Perm əyalətində Azərbaycan vətəndaşları 46 yaşlı Eldəniz Məmmədov və 27 yaşlı Azər Əkbərovun qətldə ittiham edildikləri məhkəmə iclası keçirilib.

 

Bu xəbəri Oxu.Az RF Prokurorluğuna istinadən verir.

 

Məmmədovun əməli RF CM-nin 33 m. 3b, 105 m, 2b (qətlin təşkili), Əkbərovun əməli isə RF CM-nin 105 m. 2b ilə (sifarişlə qətl) təsnifləşdirilib.

 

Müəyyən edilib ki, Məmmədov istintaqın üzə çıxara bilmədiyi şəxsin sifarişi ilə Solikamsk şəhərinin baş memarı Olqa Karapetyanın qətlini təşkil edib, bunun üçün o həmyerlisi Əkbərovu işə cəlb edib.

 

2010-cu il 18 martda Məmmədov Əkbərovu zərərçəkənin evinin yanına gətirib. Əkbərov öz növbəsində evin 1-ci mərtəbəsində qarşılaşdığı Karapetyana yaxın məsafədən odlu silahdan atəş açaraq ona ölümcül xəsarət yetirib.

 

Qətli törətdikdən sonra müttəhimlər Solikamsk şəhərini tərk ediblər. Qeyd etmək lazımdır ki, Əkbərov əvvəl də qətl törətdiyi üçün mühakimə olunub.

 

Məhkəmə iclasında yekdilliklə hər iki müttəhimin təqsirli olduğu qərarı qəbul edilib.

 

Perm əyalət məhkəməsinin qərarı ilə Məmmədov 15 il, Əkbərov isə 23 il azadlıqdan məhrum edilib.

 

Müttəhimlərin hər ikisi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

/oxu.az/