Bu gün Dövlət Bayrağı Meydanında Daxili Qoşunlarının gənc əsgərlərinin andiçmə mərasimi keçirilib…
Bu gün Dövlət Bayrağı Meydanında Daxili Qoşunlarının gənc əsgərlərinin andiçmə mərasimi keçirilib.
Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə iştirak edən daxili işlər nazirinin müavini – Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədov qoşunlarda yeni xidmətə başlayan gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik edib və tövsiyələrini verib.
Digər çıxış edənlər də gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik edib, onlara səmimi, cəsur və intizamlı, daim Vətənin müdafiəsinə hazır olmağı, bir sözlə, Azərbaycan əsgərinə xas olan bütün xüsusiyyətləri özlərində formalaşdırmağı tövsiyə ediblər.
Mərasim gənc əsgərlərin təntənəli keçidi ilə başa çatıb.
/Apa/