TANAP-la Azərbaycanın ucuz və strateji qaz təminatçısına, Türkiyənin isə regional enerji mərkəzinə çevrilməsi planlaşdırılır

TANAP layihəsi Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək və ölkəni regionda enerji mərkəzinə çevirəcək…

TANAP layihəsi Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək və ölkəni regionda enerji mərkəzinə çevirəcək.

 

APA-nın “Turkish Press” saytına istinadən verdiyi məlumata görə, bunu “TANAP-ın Türkiyənin enerji mərkəzinə çevrilməsində rolu” adlı tədbirdə çıxış edən “SOCAR Türkiyə”nin icraçı direktorun birinci müavini Samir Kərimli deyib.

 

O bildirib ki, TANAP Azərbaycan və Türkiyənin Avropa və Balkanların enerji sektorunda aparıcı tərəfdaş ölkə olması üçün əla imkanlar yaradar.

 

S. Kərimlinin sözlərinə görə, Avropa hazırda qaz defisiti ilə üzləşib: “TANAP layihəsi Azərbaycan, Orta Asiya və Yaxın Şərq regionlarından qaz nəql edilməklə, bu defisitin aradan qaldırılmasına yardım edəcək”.

 

O, həmçinin vurğulayıb ki, yaxın 29 il ərzində Türkiyənin qaza olan tələbatı 60 faiz artacaq: “TANAP layihəsi ilə Azərbaycanın ucuz və strateji qaz təminatçısına, Türkiyənin isə regionun enerji mərkəzinə çevrilməsi planlaşdırılır”.

 

/Apa/