Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər…
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən fevralın 17-dən 20-dək Manama şəhərində (Bəhreyn) “Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim ” və fərdi tərəfdaşlıq proqramına əsasən fevralın 17-dən 21-dək Ankara şəhərində (Türkiyə) müdafiənin planlaşdırılması üzrə kurs keçiriləcək.
Tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.
/Trend/