“Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi”

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə“Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçirilir…

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə“Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə üç strateji müttəfiq arasındakı münasibətlərin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş çağırışlara cavab vermə mexanizmi və münasibətlərin gələcəyinin müzakirəsi nəzərdə tutulub.

 

Konfransda Gürcüstan Parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədr müavini, Gürcüstanın keçmiş xarici işlər naziri, Türkiyə və Gürcüstanın nüfuzlu ekspertləri, eyni zamanda, Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin idarə rəisi müxtəlif mövzularda müzakirələr aparacaq.

 

Qeyd edək ki, tədbirdən sonra konfrans materialları əsasında konfransın məruzəsi hazırlanacaq və nəşr olunacaq.

/sia/