BMT Suriya ilə bağlı hesabat yaydı

BMT Baş katibinin uşaqlar və silahlı qarşıdurmalar üzrə təmsilçisi Leila Zerrouquinin Baş katibin Suriyadakı uşaqlarla bağlı hazırladığı ilk hesabatında onların yaşadığı acınacaqlı həyatın qəbul edilməzliyi bildirilib…

BMT Baş katibinin uşaqlar və silahlı qarşıdurmalar üzrə təmsilçisi Leila Zerrouquinin Baş katibin Suriyadakı uşaqlarla bağlı hazırladığı ilk hesabatında onların yaşadığı acınacaqlı həyatın qəbul edilməzliyi bildirilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hesabatda eyni zamanda Suriyadakı qarşıdurmada 10 min uşağın həyatını itirdiyi, minlərlə günahsız uşağın yaralandığı və şikəst olduğu qeyd edilib. Eləcə də hesabatda Suriyada 1 milyondan çox uşaqların qaçqın həyatı sürdüyü və milyonlarla uşağın evindən didərgin düşdüyü, bəzilərinin ailələrindən ayrı düşdüyü bəzilərinin də ana və atalarının və ya bacı qardaşlarının itirildiyi bildirilib.

 

Uşaqların döyüşən qruplar tərəfindən istər döyüşçü, istərsə də digər işlər üçün istifadə edilməsi, həyatlarının təhlükə altında olduğu da qeyd edilən hesabatda Suriya rejiminin əmin-amanlıq məqsədi ilə uşaqların səbəbsiz tutulduqlarını və həbs edilərək işgəncələrə məruz qaldıqları bildirilib. Hesabatda ayrıca oğlan uşaqlarının cinsi təzyiqlərə məruz qaldıqları da qeyd edilib.

 

Keyfiyyətsiz tibbi xidmət səbəbindən yaranan ölüm hallarının yer aldığı sənəddə bəsit xəstəliklərin müalicə edilməməsi, müalicəsi mümkün olan yaralıların da ölümcül vəziyyətə düşdüyü bildirilib.

/sia/