Fevralın 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında bu şəhərin, eləcə də Qubadlı, Abşeron, Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək…
Fevralın 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında bu şəhərin, eləcə də Qubadlı, Abşeron, Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, vətəndaşlar qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanı, müəyyən telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Abşeron və Xızı rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin (ƏSMM) inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Sumqayıt şəhərinə aparılıb gətirilməsi təmin ediləcək.
/Apa/