İsraildə “erməni soyqırımı” abidəsi ucaldıla bilər

Ermənilər görüşlərə başlayıblar…

Ermənilər görüşlərə başlayıblar.

 

İsrailin ən çox erməni icmasının yaşadığı Petax-Tikva şəhərində qondarma “erməni soyqırımı” abidəsinin ucaldılması məsələsi qaldırılıb.

 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Ermənistan KİV-nin verdiyi məlumata görə, bu məqsədlə icmanın nümayəndələri adıçəkilən şəhərin meri İshak Bravermanla görüşüblər.

 

“Nairi”, “Noyan Tapan” və “Ararat” erməni icmalarını təmsil edən ermənilər merlə Petax-Tikvedə qondarma “erməni soyqırımı” abidəsinin ucaldılması məsələsini də müzakirə ediblər.

 

Xatırladaq ki, 2012-ci ildə İsrail parlamentində – Knessetdə qondarma “erməni soyqırımı”nın tanınması məsələsi də müzakirəyə çıxarılıb.

 

Ancaq İsrail-Ermənistan parlamentlərarası dostluq qrupunun və ayrı-ayrı fraksiya nümayəndələrinin cəhdi ilə müzakirəyə çıxarılan məsələ dəstəklənməyib.

 

/oxu.az/