ATƏT PA-nın Bakıda keçiriləcək sessiyasının əsas mövzusu bəlli olub

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçiriləcək illik sessiyasının gündəliyinin əsas müzakirə mövzusu açıqlanıb…

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçiriləcək illik sessiyasının gündəliyinin əsas müzakirə mövzusu açıqlanıb.

 

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, sessiyanın əsas mövzusu “Helsinki+40” prosesi olacaq: “Yəni mövzu hamı üçün “insan təhlükəsizliyinə doğru” olacaq. Bu, baş mövzu olacaq və bunun tərkibində müzakirəyə çıxarılacaq bəzi mövzular yay sessiyasına qədər komitələrdə müəyyənləşəcək. Əsas etibarilə yay sessiyası bu proses çərçivəsində keçiriləcək”.

 

B. Muradova qeyd edib ki, sessiya çərçivəsində komitələrdə İstanbul Bəyannaməsinin yerinə yetirilməsinə dair hesabatlar dinləniləcək və sonra bu məsələlər plenar iclasda qaldırılacaq: “Nümayəndə heyətlərinin təkliflərinə əsasən Bakı Bəyannaməsi və sessiyasının qətnaməsi qəbul olunacaq”.

 

Qeyd edək ki, ATƏT PA-nın Bakı sessiyası 28 iyul – 2 avqust tarixlərində keçiriləcək.

/Apa/