Şəhər sakinləri etiraz edirlər.
Moskvanın şəhərsalma-torpaq komissiyası Tverskaya-Yamskaya 3, əmlak 14-16 ünvanında aparılan 7,024 min kvadratmetrlik sahədə tikilməsi nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəzi, investisiya layihəsinin dayandırılmasına xitam verib.
Oxu.Az bunu RİA Novosti-yə istinadən xəbər verir.
“Torpaq sahəsinin icarəsi haqqında müqavilə 2003-cü ildə bağlanıb, 2010-cu ilin sonunda tikinti başa çatmalı idi. 0,1 hektar sahə hələ də boşdu. Heç bir tikinti işi getmir, ərazi hasara alınıb”, – məlumatda xəbər verilir.
“Mədəniyyət mərkəzinin tərkibində investor inzibati binalar yerləşdirməyi planlayırdı, amma Moskva hakimiyyəti prioritetlərini dəyişdi və inzibati binaların yerinə yaşayış və sosial obyektlər keçməli oldu, yeni inzibati binaların tikilməsi məqsədəuyğun sayılmır” – məlumatda bildirilir.
Ria Novosti materiallarında qeyd edib ki, yerli sakinlər bu obyektin tikilməsinə qarşı çıxıblar, səbəb olaraq nəqliyyatın hərəkətinə mane olacağını, rayonun ərazisində ağacların azalacağını göstəriblər.
“Torpaq sahəsinin uzun müddət istifadə edilmədiyini və sakinlərin etirazını nəzərə alaraq tikinti dayandırılıb. Gələcəkdə o, başqa tikintilər və yaşıllaşdırma üçün istifadə ediləcək” – “Moskomstroyinvest” saytında bildirilir.
/oxu.az/