Danışıqlar davam edir…
Danışıqlar davam edir.
15 fevral 2014-cü il tarixdən etibarən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus xam neftin təchizatına başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR rəsmən məlumat verib.
Məlumatda deyilib ki, hazırda Bakı-Novorossiysk kəməri ilə SOCAR-a məxsus neftin nəqli barədə Rusiya Federasiyasının “Transneft” şirkəti ilə də danışıqlar davam etdirilir.
SOCAR-ın hasil etdiyi neftin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəqlinə başlanılması şirkətin bu neftin ixrac istiqamətlərinin diversifikasiyasını təmin edir.
/oxu.az/