Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 17-də Serbiya Respublikasına rəsmi səfər etmişdir…
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 17-də Serbiya Respublikasına rəsmi səfər etmişdir.
Azərbaycanın Serbiyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Zakir Həsənov Serbiyanın müdafiə naziri Neboyşa Rodiç və Baş nazirin birinci müavini Aleksandar Vuçiç ilə görüşmüş, Serbiyanın Müdafiə Universitetində olmuşdur.
Görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparılmışdır.
Müdafiə nazirləri Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalamışlar.
Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiya Müdafiə Nazirliyinin və Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə birlikdə Belqrad şəhərində Azərbaycan hökumətinin dəstəyi ilə təmir olunmuş “Taşmaydan parkı”na gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Serbiya xalqının görkəmli yazıçısı Milorad Paviçin, eləcədə 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoymuşlar.
Səfər fevralın 18-də başa çatacaqdır.
/Azertac/